Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri “kifayət qədər müsbət” olub.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Həm ikitərəfli Ermənistan-Türkiyə münasibətləri, həm də Cənubi Qafqaz və Yaxın Şərq regionları ilə bağlı mövzular müzakirə olunub. Qeyd olunub ki, bir sıra mövzularda Ermənistan və Türkiyənin mövqeləri kifayət qədər yaxındır", - o bildirib.
Kostanyanın sözlərinə görə, həm Ermənistan, həm də Türkiyə tərəfi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması haqqında sazişin qüvvədə qaldığını təsdiqləyib.
“Hər halda, bu istiqamətdə hələ də əlavə addımlar atmalıyıq”, - o qeyd edib.