Modern.az

BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək

BDU-da Azərbaycan dili ilə bağlı konfrans keçiriləcək

Aktual

14 Yanvar 2026, 00:00

Bakı Dövlət Universitetində (BDU) yanvarın 15-də “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfransı keçiriləcək.

Modern.az xəbər veirir ki, konfrans müasir informasiya cəmiyyətində audiovizual medianın dil mühitinə təsiri, dil normalarının qorunması və bu sahədə müşahidə olunan tendensiyaların elmi müstəvidə təhlili kimi aktual məsələlərə həsr olunub.

Tədbirdə media qurumlarının rəhbərləri ilə birgə audiovizual mediada dil normalarının tətbiqi, həmçinin yeni media mühitinin yaratdığı çağırışlar elmi baxımdan təhlil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı