Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi və incəsənət məktəbi müəllimlərinin 2025-ci il üçün nəzərdə tutulan attestasiyası yekunlaşıb.
Modern.az xəbər verir ki, proses 5 regionda həyata keçirilib.
Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarında keçirilən attestasiya imtahanı 4 ay davam edib və ümumilikdə 4000 müəllimi əhatə edib.
Attestasiyanın gedişatı barədə jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu həcmdə imtahan prosesi Mədəniyyət Nazirliyi sistemində ilk dəfə baş verib:
“Təxminən, musiqi-incəsənət mətkəblərində fəaliyyət göstərən 12-13 min müəllimin hamısı qanunvericiliyin tələbi ilə attestasiyadan keçiriləcək”.
Cəsarət Valehov digər müəllimlərin də attestasiyaya cəlb olunması 2026-cı ilin sonuna qədər yekunlaşdırılacaq.