Modern.az

Tbilisi prospektində qəza - GÖRÜNTÜLƏR

Tbilisi prospektində qəza - GÖRÜNTÜLƏR

Aktual

4 İyul 2025, 14:16

Yasamal rayonu, Tbilisi prospektinin Şəfayət Mehdiyev küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası ilə yanaşı, mərkəz istiqamətində də nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırmaq üçün həm yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür, həm də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən intensivliyi artırmaq üçün svetoforlara “yaşıl dalğa” əmri verilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI