Modern.az

Ermənistan parçalanmağa doğru gedir - Milli Mətbuat Klubunun rəhbəri

Ermənistan parçalanmağa doğru gedir - Milli Mətbuat Klubunun rəhbəri

Aktual

7 İyul 2025, 15:38

“Ermənistan indi Zəngəzur dəhlizi məzələsində ümidini İrana bağlayıb. İrəvan, həmçinin Ankaraya yaxınlaşaraq Bakıdan müdafiə olunmağa çalışır”.

Modern.az xəbər verir ki, bunu Milli Mətbuat Klubunun rəhbəri Narine Mkrtçyan deyib.

O, Ermənistanın xarici siyasətində Rusiyanı Türkiyə ilə əvəzlədiyini bildirib:

“Artıq İrəvanın xarici tərəfdaşlarını Ankara seçir. Ermənistan eyni zamanda həm Avropa İttifaqı, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa çalışır. Rusiya əleyhinə mövqedən çıxış edir, amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında da qalmağa davam edir. Hökumətin hazırda əsas məqsədi Moskvanı və ona bağlı müxalifəti ölkədən çıxarmaqdır.

Beləliklə, əvvəllər olduğu kimi, yenə Türkiyə və Rusiya Ermənistanla bağlı razılığa gələcəklər, Qərb də parçalanmamızı izləyəcək. “Erməni soyqırımı”nı inkar edirlər, sürətlə parçalanmağa doğru gedirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi