Modern.az

Hemofiliya xəstələrinə dərman pulsuz verilir - TƏBİB

Hemofiliya xəstələrinə dərman pulsuz verilir - TƏBİB

Aktual

8 İyul 2025, 17:30

TƏBİB-in Tibbi İnnovasiyalar və Təchizat Mərkəzindən tərəfindən “Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” çərçivəsində dövlət büdcəsindən ayrılmış vəsait hesabına plazma mənşəli və recombinant qan faktorlarının, eləcə də innovativ preparatların satınalması həyata keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda hemofiliya xəstələrinin müalicəsində istifadə olunan dərman vasitələri mərkəzi anbarlarda tam tələbata uyğun miqdarda mövcuddur.

Qurumdan verilən məlumata görə, ölkə üzrə qeydiyyatda olan 1769 hemofiliya xəstəsinin qan faktorları ilə təminatı mərkəzləşdirilmiş şəkildə Respublika Klinik Xəstəxanasının Hemofiliya şöbəsi tərəfindən həyata keçirilir.

 

Aytac Bəhruzqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi