Ermənistanda təlim-məşq toplanışı zamanı N saylı hərbi hissədə baş vermiş partlayışla bağlı cinayət işi açılıb.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV-ə İstintaq Komitəsindən bildirilib.
Faktla bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 532-ci maddəsinin 1-ci hissəsi və 550-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. Bu maddələr silah, döyüş sursatı, hərbi texnika və ya ətraf mühit üçün daha böyük təhlükə törədən digər hərbi əmlak, materiallar, qurğular və ya əşyalarla davranış qaydalarını pozma barədə cinaətləri nəzərdə tutur.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Hadisə nəticəsində 8 hərbçi yaralanıb, onlardan biri polkovnik-leytenandır.