Rusiyada “Vzlet” aviaşirkətinə məxsus Mi-8 helikopteri Oxotsk şəhərindən Maqadana uçan zaman yoxa çıxıb.
Modern.az xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti bildirib.
Məlumata görə, təyin olunmuş vaxtda Oxotsk şəhərindən Maqadan şəhərinə uçuş zamanı “Vzlet” aviaşirkətinin Mi-8 helikopteri rabitəyə cavab verməyib.
İtkin düşən helikopterin axtarışı üçün Oxotskdan Mi-8 helikopteri, Maqadandan isə An-26 təyyarəsi havaya qalxıb.
İtmiş Mi-8 helikopterinin göyərtəsində üç ekipaj üzvü və iki texniki işçi var.