Modern.az

Türkiyədən ABŞ-ın Zəngəzur dəhlizi təklifinə REAKSİYA

Türkiyədən ABŞ-ın Zəngəzur dəhlizi təklifinə REAKSİYA

Aktual

15 İyul 2025, 09:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası ABŞ-ın Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizini idarə etmək niyyəti ilə bağlı xəbərlərdən məlumatlı deyil.

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ərdoğan administrasiyasından bildiriblər.

“Bizim bundan xəbərimiz yoxdur, ona görə də heç nə şərh edə bilmərik”, – deyə Türkiyə Prezident Adminditrasiyasından qeyd edilib.

Bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bildirib ki, ABŞ Bakı ilə İrəvan arasında danışıqları irəlilətmək məqsədilə Zəngəzur dəhlizini  idarə etməyə hazırdır.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi