Modern.az

İki qardaşı qətlə yetirilən Səfərovun həbsi UZADILDI

İki qardaşı qətlə yetirilən Səfərovun həbsi UZADILDI

Aktual

16 İyul 2025, 10:04

İyulun 15-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq-mühafizə orqanlarının saxladığı Bakir Səfərovun işi üzrə məhkəmə iclası keçirilib.

Bu barədə Modern.az-a B.Səfərovun qardaşı, tanınmış jurnalist, ədəbiyyatşünas Seyfəddin Hüseynli məlumat verib.

O bildirib ki, B.Səfərov barəsində həbs tədbirinin 3 ay müddətinə uzadılmasına və onun oktyabrın 19-dək həbsdə saxlanmasına qərar verilib. Medianın iştirakı olmadan keçirilmiş məhkəmədə Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları iştirak ediblər.

S.Hüseynli qeyd edib ki, ali təhsilli pedaqoq, ixtisasca rus dili və ədəbiyyatı müəllimi olan 61 yaşlı Bakir Səfərov hipertoniya - yüksək qan təzyiqi xəstəsi olmaqla yanaşı, sağlamlığında digər problemlər də var.

İstintaq materiallarına, şahid ifadələrinə görə, B.Səfərovun üzərində hər hansı ciddi və əsaslı ittiham yoxdur.

Xatırladaq ki, onun iki qardaşı - Hüseyn və Ziyəddin Səfərovlar bir müddət öncə zorakılıqla həbs edilərkən işgəncələr nəticəsində həyatını itiriblər.

Aytac Bəhruzqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi