Modern.az

DTX-nın həbs etdiyi şəxs məhkəməyə çıxarıldı

DTX-nın həbs etdiyi şəxs məhkəməyə çıxarıldı

Aktual

17 İyul 2025, 16:42

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi onun barəsində seçilmis həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim etsə də, məhkəmə əsas olmadığından təmin etməyib.

Cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilənə qarşı DTX tərəfindən AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi