Modern.az

Axtarışda olan şəxs Polşada saxlanıldı

Axtarışda olan şəxs Polşada saxlanıldı

Aktual

18 Noyabr 2025, 14:50

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!