Modern.az

Rusiyaya qarşı yeni sanksiyalar təsdiqləndi

Rusiyaya qarşı yeni sanksiyalar təsdiqləndi

Aktual

18 İyul 2025, 11:05

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, sanksiyaların tezliklə rəsmi şəkildə qüvvəyə minəcəyi gözlənilir.

Sanksiyalar neft daşıyan Rusiya gəmilərinə məhdudiyyətləri, bir sıra banklara qarşı tədbirləri, fiziki və hüquqi şəxsləri əhatə edən “qara siyahı”nın genişləndirilməsini, həmçinin ikiqat təyinatlı malların və texnologiyaların ixracına qadağanı nəzərdə tutur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi