Modern.az

Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət etdi

Berdiməhəmmədov İlham Əliyevi Türkmənistana dəvət etdi

Aktual

19 Noyabr 2025, 17:50

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ildə Türkmənistana səfərə dəvət edib.

Modern.az-ın məlumatına görə, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Prezident İlham Əliyevi Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı təbrikində deyilir.

"Hörmətli İlham Heydər oğlu, sizi dost və qardaş kimi gələn il Türkmənistanda baş tutacaq Mərkəzi Asiya və Azərbaycanın Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə gözləyirik", - təbrikdə deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar