Modern.az

Korrupsiya cinayəti törədən 10 nəfər yaxalandı

Korrupsiya cinayəti törədən 10 nəfər yaxalandı

Aktual

18 İyul 2025, 14:16

Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən bu ilin altı ayı ərzində 59 cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, keçirilmiş 12 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 10 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 7 nəfər saxlanılıb.

hesabat dövrü ərzində Baş İdarə tərəfindən 113 şəxs barəsində 72 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 85 şəxs barəsində 54 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi