Modern.az

Rusiyada xarici dövlət rəmzlərinin istifadəsi məhdudlaşdırılır

Rusiyada xarici dövlət rəmzlərinin istifadəsi məhdudlaşdırılır

Aktual

18 İyul 2025, 14:48

“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov bildirib ki, onun fraksiyası digər ölkələrin dövlət rəmzlərinin ictimai yerlərdə istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır.

Modern.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, bu gün hər kəs Rusiyanın istənilən yerində istənilən dövlətin bayrağını və ya gerbini asa bilir - istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan.

Onun fikrincə, bundan da “Rusiya ilə birlik hiss etməyən” diasporlar istifadə edir ki, bu da “etnik nifrətin qızışdırılmasına” töhfə verə bilər.

Sergey Mironov deyib ki, xarici dövlətlərin bayrağı və ya gerbilə bağlı istisnalar olacaq - diplomatik nümayəndəliklər, sərgilər, forumlar, idman tədbirlərində yerləşdirlə bilər. 

Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki böhran fonunda Jeleznovodskdakı sanatoriyada Azərbaycan bayrağının nümayiş etdirilməsi Stavropol sakininin xoşuna gəlməyib. O, xarici dövlətin rəmzlərinin yığışdırılması tələbi ilə dövlət orqanlarına müraciət edib.
Jeleznovodskdakı “İstoçnik” sanatoriyası kapitalı 100 faizi azərbaycanlı investor Əsabil Qasımova məxsus olan obyekt kimi tanınır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi