Modern.az

Sürücülərin nəzərinə: bu küçələrdə işıqfor quraşdırıldı - VİDEO

Sürücülərin nəzərinə: bu küçələrdə işıqfor quraşdırıldı - VİDEO

Aktual

21 İyul 2025, 09:51

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər.

NİİM-dən Modern.az-a verilən məlumata görə, tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat svetoforları quraşdırılıb. LED işıqlandırma ilə təchiz edilən svetoforlarda piyada bölmələri də istifadəyə verilib. Bununla da mövcud problem aradan qalxıb.

Bundan əlavə, mərkəz tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsində də yeni svetofor obyektləri istifadəyə verilib. Nəticədə qəza riskləri azaldılıb, həmçinin piyadaların hərəkəti daha təhlükəsiz təşkil olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM