Modern.az

Restoran və şadlıq evlərində reydlər keçiriləcək

Restoran və şadlıq evlərində reydlər keçiriləcək

Aktual

25 Noyabr 2025, 19:36

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrində, o cümlədən, restoran və şadlıq saraylarında reydlər keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə agentlik xəbərdarlıq edib.

Bildirilib ki, yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.

Tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcəkdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!