Modern.az

“SOCAR Karbamid” zavoduna mediatur

“SOCAR Karbamid” zavoduna mediatur

Aktual

21 İyul 2025, 16:43

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə SOCAR-ın təşəbbüsü ilə “SOCAR Karbamid” zavoduna mediatur təşkil olunub.

Modern.az xəbər verir ki, tədbirdə ölkənin 30-a yaxın media qurumunu təmsil edən jurnalistlər iştirak ediblər.

Mediatur çərçivəsində çıxış edən SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəisi İlahə Novruzova jurnalistləri təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, milli mətbuatın 150 illiyi ölkədə təntənəli şəkildə qeyd olunur. Onun sözlərinə görə, bu münasibətlə SOCAR-ın təşkilatçılığı ilə “SOCAR Karbamid” zavodunda həm mediatur, həm də bayram tədbiri keçirilib.

Təhlükəsizlik qaydaları ilə tanışlıqdan sonra media nümayəndələri zavodun “ağıllı kimya” və “açıq anbar” sahələrində olaraq istehsalat prosesi ilə yaxından tanış olublar. Onlara rəqəmsal texnologiyalarla həyata keçirilən istehsalat mərhələləri barədə ətraflı məlumat verilib.

Zavodun baş texnoloqu Şöhrət Mirzəyev və baş metroloqun müavini İlkin Hacıyev media nümayəndələrinə müəssisənin fəaliyyəti, rəqəmsal transformasiya və avtomatlaşdırma üzrə görülən işlərlə bağlı təqdimatla çıxış ediblər.

Tədbir muğam triosunun konsert proqramı ilə davam edib. Sonda isə jurnalistlərə xatirə hədiyyələri təqdim olunub, birgə foto çəkdirilib.

Aytac Bəhruzqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü