Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tovuz rayonunun, Şamlıq və Alakol kəndləri ərazisində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma köşklərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.