Modern.az

Azərbaycanla Bolqarıstan HHQ-nin ekspertləri görüşdü

Azərbaycanla Bolqarıstan HHQ-nin ekspertləri görüşdü

Aktual

24 İyul 2025, 12:40

2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış