Modern.az

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirdi

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirdi

Aktual

25 İyul 2025, 17:43

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 330,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək