Modern.az

Əli Əsədov Gürcüstan naziri ilə görüşdü

Əli Əsədov Gürcüstan naziri ilə görüşdü

Aktual

25 İyul 2025, 17:48

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.

Bu barədə Modern.az-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib.

Givi Mikanadzenin səfəri çərçivəsində Bakıda keçiriləcək Azərbaycan–Gürcüstan Gənclər Forumunun əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında humanitar əlaqələrə toxunularaq, gənclər və təhsil sahələrində əməkdaşlığın nəticələrindən məmnunluq ifadə olunub, bu əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev görüşdə iştirak ediblər.

Sizə yeni x var
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV