Modern.az

Bakıda ağacları kəsdilər - 225 min manatlıq ziyan

Bakıda ağacları kəsdilər - 225 min manatlıq ziyan

Aktual

25 İyul 2025, 17:58

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Abşeron rayonunun inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Modern.az-a bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsində, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində, Xətai rayonu Rahib Məmmədov küçəsində, Nərimanov rayonu Ağa Nemətulla, Hacı Məmməd və Faiq Yusifov küçələrinin kəsişməsində, eyni zamanda Nərimanov rayonu Dərnəgül qəsəbəsində, Gəncə şəhəri Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində, həmçinin Gəncə şəhəri Fikrət Əmirov adına parkın ərazisində, Abşeron rayonu Bakı-Sumqayıt avtomobil yolunun 14-cü kilometrliyində və Xırdalan şəhəri Hacı ZeynalabdinTağıyev küçəsində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək