Modern.az

Bacısını boğaraq öldürən qardaşa hökm oxundu

Bacısını boğaraq öldürən qardaşa hökm oxundu

Aktual

28 İyul 2025, 14:55

Bakıda bacısını qəsdən öldürməkdə ittiham edilən Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Təbriz Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il iyulun 1-də Binəqədi rayonunda baş verib. Binəqədi Rayon Prokurorluğunun məlumatına görə, 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi ilə əlaqədar araşdırma başladılıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Təbriz Qasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var