Modern.az

Polis motosiklet sürücülərinə qarşı reyd keçirir - FOTO

Polis motosiklet sürücülərinə qarşı reyd keçirir - FOTO

Aktual

29 İyul 2025, 12:21

Polis əməkdaşları tərəfindən paytaxt ərazisində ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır.

Sürücülərə qanunvericiliyin tələbləri izah edilərək qayda pozuntularının digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükələr yaratdığı diqqətə çatdırılır.

Bu cür neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi