Modern.az

Nəbatat Bağında təcili tibbi yardım olmayıb

Nəbatat Bağında təcili tibbi yardım olmayıb

Aktual

29 İyul 2025, 15:00

Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.

Modern.az xəbər verir ki, bu barədə bağın Mətbuat Xidmətindən məlumat verilib.

“Yayılan xəbər tərəfimizdən araşdırılır”, - açıqlamada qeyd edilib. O da bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.

Qeyd edək ki, "qafqazinfo"da bağın ərazisində yeddi yaşlı uşağı ilan sancdığı barədə məlumat dərc olunub.

TƏBİB-dən bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi