Modern.az

Sabirabadın 9 kəndinin qazı KƏSİLƏCƏK

Sabirabadın 9 kəndinin qazı KƏSİLƏCƏK

Aktual

29 İyul 2025, 15:44

Sabah Sabirabad rayonunun 9 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, diametri 315 və 160 mm “Ulacalı-Suqovuşan” orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı aprılacaq. Bu məqsədlə iyulun 30-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Suqovuşan, Məmişlər, Kürkəndi, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Qəfərli, Əsədli kəndlərində (ümumi 3 882 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi