Modern.az

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

30 İyul 2025, 12:40

Məhkəmə Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinskinin dövlət məmuruna qarşı zorakılıq faktı ilə bağlı iki ay müddətinə həbs edilən oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Modern.az xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, onun həbsinə iyulun 1-də "Baku Plaza"nın yaxınlığında baş verən hadisə səbəb olub. O zaman təhlükəsizlik qüvvələri oğlu ilə avtomobilində gedən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. Onlar "Gelandewagen"in şüşələrini sındırmağa başladıqları zaman Mütvəlinin sükanı arxasında olduğu avtomobil geriyə doğru hərəkət edib və xüsusi təyinatlını vurub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu