Modern.az

Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı 

Azərbaycan-İran sərhədində insdent - 6 kq marixuana aşkarlandı 

2 Avqust 2025, 09:57

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Bu barədə Modern.az-a DSX-dan məlumat verilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir