Modern.az

Paşinyan Əliyevlə danışıqları barədə Makronu məlumatlandırdı

Paşinyan Əliyevlə danışıqları barədə Makronu məlumatlandırdı

Aktual

11 Avqust 2025, 15:47

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, liderlər avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələrinini müzakirə ediblər. Paşinyan “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin” paraflanması, Minsk Qrupunun mexanizmlərinin ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, regional kommunikasiyaların blokunun açılmasını əks etdirən sənədlərin imzalandığı, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi haqda məlumatları Fransa prezidentinə təqdim edib.

Paşinyan vurğulayıb ki, bölgədə bərqərar olan sülh şəraiti Ermənistanda və regionda yeni investisiya imkanları açır.

Həmsöhbətlər qarşılıqlı olaraq ikitərəfli və beynəlxalq gündəmlər üzrə fəal siyasi dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. Baş nazir Paşinyan davamlı dəstəyə görə prezident Makrona təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza