AHİK fərdi üzvlük və könüllülük əsasında formalaşan ictimai təşkilatdır. Məcburi üzvlükdən söhbət gedə bilməz.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müşaviri Nuranə İbadova deyib.
O bildirib ki, AHİK-ə üzvlüklə bağlı müraciətlərin sayı çoxalır:
"Məcburi üzvlüklə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, AHİK-ə müraciət edildikdən sonra həmin şəxs üzvlükdən çıxarıla bilər".