Modern.az

Yağış nə vaxt dayanacaq?

Yağış nə vaxt dayanacaq?

Aktual

15 Avqust 2025, 11:25

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb.

Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu