Modern.az

Nazirlik gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlik gücləndirilmiş iş rejimində çalışacaq

Aktual

19 Mart 2026, 10:00

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Modern.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində bayram mərasimlərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV