Modern.az

Putin məşhur siyasətçinin nəvəsini səfir vəzifəsindən azad etdi - FOTO

Putin məşhur siyasətçinin nəvəsini səfir vəzifəsindən azad etdi - FOTO

Aktual

20 Avqust 2025, 16:25

Rusiya prezidenti Vladmir Putin keçmiş SSRİ-nin xarici işlər naziri olmuş Andrey Qromıkonun nəvəsi İqor Qromıkonu Nigerdəki səfir vəzifəsindən çıxarıb, onun yerinə Viktor Voropayevi təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidenti sərəncam imzalayıb.

Lakin İqor Qromıko Rusiyanın Malidəki səfiri olaraq qalır.

İ.Qromıko diplomatik karyerasına 1979-cu ildə Xarici İşlər Nazirliyinin mərkəzi aparatında başlayıb. 2009-2014-cü illərdə Minskdə MDB-nin nizamnamə və digər orqanlarında Rusiyanın daimi nümayəndəsi olub, 2014-cü ilin martında MDB ölkələri üzrə Dördüncü Departamentin direktor müavini təyin edilib. Diplomat 2019-cu ildə Maliyə səfir təyin edilib.
İ.Qromıko sovet diplomatı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müəlliflərindən biri olan keçmiş xarici işlər naziri Andrey Qromıkonun nəvəsidir.
Andrey Qromıko 1957-1985-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini tutub, 1988-ci ilin oktyabrınadək SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal