Modern.az

Overçuk Paşinyanla danışıq üçün İrəvandadır

Overçuk Paşinyanla danışıq üçün İrəvandadır

Aktual

20 Avqust 2025, 16:58

Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk Ermənistana gedib.

Modern.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Aleksey Overçuku qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ermənistan və Rusiyanın ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub. Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunublar.

Tərəflər ticarət dövriyyəsinin dinamikasını, eləcə də birgə proqramların icrasının gedişatını müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal