Modern.az

Arakçi Fidanla nələri müzakirə edib? - Təfərrüat 

Arakçi Fidanla nələri müzakirə edib? - Təfərrüat 

Aktual

26 Avqust 2025, 12:21

İranın xarici işlər naziri Abbas Arakçi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Modern.az xəbər verir ki, “Tasnim”in məlumatına görə, Arakçi İsrail rejiminin ekspansionist planlarına qarşı çıxmaq və Fələstin məsələsini müdafiə etmək üçün İslam dünyasının kollektiv imkanlarını gücləndirməyə çağırıb.

Nazirlər həmçinin Tehran və Ankara arasında ikitərəfli münasibətlərdə son hadisələri müzakirə ediblər.

Həmçinin ticarət, enerji, nəqliyyat, sərhəd təhlükəsizliyi və regional mübadilə də daxil olmaqla əsas sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Arakçi və Fidan ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün əməli addım kimi İran-Türkiyə Əlaqələri Ali Şurasının çağırılmasının vacibliyini vurğulayıblar.

Onlar həmçinin qarşılıqlı hörmət, mehriban qonşuluq və ümumi maraqlara əsaslanan məsləhətləşmələrin davam etdirilməsinə və daha sıx regional və beynəlxalq əməkdaşlığa çağırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım