Modern.az

Mingəçevirdə ağır qəza: 6 nəfər...

Mingəçevirdə ağır qəza: 6 nəfər...

Hadisə

24 Mart 2026, 09:36

Mingəçevirdə 2 minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan  6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Qəza zamanı yaralananlar - Zəhra Cəlil qızı Cəfərova (1967), Nurlan Çingiz oğlu Fərəcov (1992), Razi Tahir oğlu Qocayev (1985), Ruhan İkram oğlu Cəfərov (1988), Təranə Vəkil qızı Mustafayeva (1966) və Rəvanə Həmid qızı Cəfərova (1989).

Həkimlərin müdaxiləsindən sonra yaralılardan 5 nəfər ambulator müalicəyə buraxılıb. Rəvanə Cəfərovanın vəziyyəti daha ağır olduğundan o, xəstəxananın müvafiq şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi