Modern.az

Litvada yeni baş nazir qadın seçildi - FOTO

Litvada yeni baş nazir qadın seçildi - FOTO

Aktual

26 Avqust 2025, 14:09

Litva parlamenti İnqa Rugineneni ölkənin baş naziri vəzifəsinə təsdiq edib.

Modern.az xəbər verir ki, bu barədə Litva Radio və Televiziyası (LRT) məlumat yayıb.

Ruginenenin təsdiqi haqqında qərar qəbul edilərkən səsvermə açıq keçirilib.

Sosial Demokrat Partiyasının 44 yaşlı nümayəndəsinin namizədliyini 127 deputatdan 78-i dəstəkləyib. 35 deputat əleyhinə səs verib, 14-ü bitərəf qalıb.

Ruginene 1981-ci ildə Trakayda anadan olub, Vilnüs Universitetinin Tibb fakültəsini bitirib və Kaunas Meşəçilik və Ətraf Mühit Mühəndisliyi Kollecində magistr dərəcəsi alıb.

2018-ci ildən Litva Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edib, 2024-cü ilin dekabrından isə sosial təminat və əmək naziri vəzifəsini tutub.

Bundan əvvəl baş nazir vəzifəsini Gintautas Palukas icra edirdi. Lakin o, korrupsiya qalmaqalından sonra iyulun sonunda istefa verib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım