Modern.az

Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ

Türkiyə XİN Netanyahunun “erməni soyqırımı”na dair bəyanatını RƏDD ETDİ

Aktual

27 Avqust 2025, 16:38

“İsrailin baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin faciəvi hadisələrinin siyasi motivli istismar cəhdidir”.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Fələstin xalqına qarşı törədilən soyqırımındakı roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlara uyğun gəlməyən bu bəyanatı qınayır və rədd edirik", - Türkiyə XİN-in bəyanatında vurğulanıb.

Xatırladaq ki, İsrailin baş naziri ilk dəfə qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib.

Benyamin Netanyahu bu barədə ilk dəfə olaraq açıq şəkildə danışıb. O, telekanalların birində bəyan edib ki, Osmanlı imperiyası dövründə ermənilərə, yunanlara və süryanilərə qarşı törədilən qətliamları soyqırımı kimi tanıyır. Baş nazir jurnalistin “bu, şəxsən sizin mövqeyinizdirmi” sualına belə cavab verib:
“Bəli, mən indi bunu rəsmən bəyan edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı