Modern.az

"Kriti Vüsal Masallinski" saxlanıldı

"Kriti Vüsal Masallinski" saxlanıldı

Aktual

1 Sentyabr 2025, 13:40

Müxtəlif cinayət əməllərində təqsirləndirilən kriminal aləmdə "Kriti Vüsal Masallinski" kimi tanınan Vüsal Nuriyev saxlanılıb.

Modern.az xəbər verir ki, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

V.Nuriyev həbs olunub, onun qanunsuz əməlləri ilə bağlı başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirlir.

Qeyd edək ki, "Kriti Vüsal" törətdiyi müxtəlif cinayətlərə görə dəfələrlə məhkumluq həyatı yaşayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular