Modern.az

1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTOLAR

1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTOLAR

Aktual

1 Sentyabr 2025, 17:35

Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.

Modern.az-ın məlumatına görə, dövlət və hökumət başçılarının xanımlarının iştirak etdiyi tədbirdə İranı president Məsud Pezekianın qızı Zəhra Pezeşkian təmsil edir.


Xatırladaq ki, doktor Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişməsi səbəbindən İranda keçirilən prezident seçkiləri zamanı da onun qızı Zəhra Pezeşkian müşayiət etmişdi...

Zəhra Pezeşkian digər rəsmi xarici səfərlərdə də atasının yanında olur.

Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.

Prezidentin qızı Zəhra Pezeşkian İrandakı Şərif Texnologiya Universitetində kimya üzrə ali təhsil alıb və magistr dərəcəsinə yiyələnib. O, əvvəllər “Jam Petrochemicals” şirkətində işləyib.

İran prezidentinin kürəkəni - Zəhra Pezeşkianın həyat yoldaşı Həsən Məcidi hazırda Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsində çalışır. O, ixtisasca maliyyə ekspertidir və əvvəllər özəl şirkətdə işləyib. 






A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular