Modern.az

Ərdoğan Pezeşkianla Azərbaycan-Ermənistan razılaşmasını müzakirə etdi

Ərdoğan Pezeşkianla Azərbaycan-Ermənistan razılaşmasını müzakirə etdi

Aktual

2 Sentyabr 2025, 09:27

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində keçirilən danışıqlarda İran və Türkiyə prezidentləri Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Modern.az xəbər verir ki, “Mehr” agentliyinin məlumatına görə, prezidentlər Ermənistan və Azərbaycan arasında əldə olunan son razılaşmaları müzakirə ediblər.

İran prezidenti Ermənistan və Azərbaycan arasında regionda sülhün sabitləşməsinə yönəlmiş sazişləri dəstəklədiyini bildirib və Qafqazda istənilən xarici hərbi mövcudluğa qarşı çıxıb.

Ərdoğan da öz növbəsində İraqda siyasi sabitliyin vacibliyini vurğulayıb, Qəzzada kütləvi qətllərə və cinayətlərə son qoymağa çağırıb.
Türkiyə prezidenti Qafqazda sülhün sabitləşdirilməsi ilə bağlı Azərbaycan və Ermənistan liderləri ilə davamlı məsləhətləşmələrin vacibliyini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular