Modern.az

Aksiz markası olmayan siqaretləri satanlar saxlanıldı

Aksiz markası olmayan siqaretləri satanlar saxlanıldı

Aktual

2 Sentyabr 2025, 17:34

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Modern.az xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər  və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində aksiz markası olmayan 40000 manat dəyərində 25000 qutu tütün məmulatlarını satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular