Modern.az

Daha bir küçədə məhdudiyyət olacaq

Daha bir küçədə məhdudiyyət olacaq

Aktual

2 Sentyabr 2025, 22:53

Sentyabrın 3-də saat 08:00-dan etibarən Səbail rayonunun Xəqani küçəsi ilə Bülbül prospekti istiqamətində aparılacaq asfalt bərpa işləri ilə əlaqədar olaraq, günün müəyyən saatlarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

 

Qeyd edək ki, bu məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular