Modern.az

Salyanda 4 abonentin qazı KƏSİLƏCƏK

Salyanda 4 abonentin qazı KƏSİLƏCƏK

Aktual

3 Sentyabr 2025, 15:24

Sabah Salyan şəhərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, diametri 159 mm-lik "Şəhər dairəvi" orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı keçiriləcək.

Bu məqsədlə saat 09:30-dan etibarən sınaq işləri başa çatanadək Salyan şəhər mərkəzində (ümumi 3981 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular