Modern.az

Paşinyan Çin və Yaponiya səfərinə kiçik qızını da aparıb - FOTOLAR

Paşinyan Çin və Yaponiya səfərinə kiçik qızını da aparıb - FOTOLAR

Aktual

4 Sentyabr 2025, 12:24

Ermənistanın baş naziri Nikol Paşinyan Çin səfərinin ardından Yaponiyaya gedib. O, sentyabrın 5-də “Expo 2025” çərçivəsində Osakada keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Modern.az xəbər verir ki, Yaponiyaya işgüzar səfərdə erməni baş naziri təkcə həyat oldaşı Anna Akopyan müşayiət etmir. Nikol Paşinyanın yanında daha bir ailə üzvü var: kiçik qızı Arpine.

Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və Pekindəki parad zamanı da Arpine Paşinyan ata-anasının yanında olub.

Ermənistan KİV-ləri nədənsə buna diqqət etməyiblər.

Qeyd edək ki, Nikol Paşinyanla Anna Akopyanın dörd övladı var: oğlu Aşot və qızları Mariam, Şuşanna və Arpine.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi