Modern.az

Ermənistan Konstitusiyası ilə bağlı qeyri-müəyyənlik var

Ermənistan Konstitusiyası ilə bağlı qeyri-müəyyənlik var

Aktual

18 Mart 2026, 13:40

Ermənistanın yeni Konstitusiyası hazır olsa da, hələlik preambula yoxdur.

Modern.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan jurnalistlərə bildirib.

Hazırkı Konstitusiyada, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad məhz preambulada yer alır. Nazirin sözlərindən yeni sənədin bu baxımdan necə hazırlanacağı aydın deyil.

Lakin Srbui Qalyan əmin edir ki, hakimiyyət orqanları sənədi ictimaiyyətə təqdim etməkdən çəkinmir.

"Əgər preambula olarsa, o da dərc olunacaq. Əsas mətnin özü iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl dərc oluna bilər", - o deyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu