Modern.az

Rusiya-Ermənistan ticarəti yarıbayarı azalıb - Overçuk

Rusiya-Ermənistan ticarəti yarıbayarı azalıb - Overçuk

Aktual

4 Sentyabr 2025, 14:01

Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət bu il artıq əhəmiyyətli dərəcədə azalıb.

Modern.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, ticarətdə azalma 2025-ci ilin sonuna qədər 6 milyard dolları ötəcək ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.

"Rusiya ilə Ermənistan arasında ticarətə gəlincə, biz gözləyirik ki, ilin sonuna qədər keçən illə müqayisədə bu, iki dəfə azalacaq. Yəni, əgər keçən il 12,4 milyard idisə, bu il yəqin ki, 6 milyard civarında, bəlkə də bir az daha çox olacaq", - o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular