Modern.az

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri vəfat etdi

XİN-in xüsusi tapşırıqlar üzrə səfiri vəfat etdi

13 Fevral 2023, 12:18

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.

 

Modern.az xəbər verir ki, məlumatı XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə təsdiqləyib.

 

F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib. Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub.

 

2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə postundan geri çağırılıb. Sonra Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfir, həmçinin Xorvatiyada səfir işləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində